Əlişir Nəvai. Seçilmiş əsərləri (2004)

Əlişir Nəvai. Seçilmiş əsərləri (2004)
Əlişir Nəvai. Seçilmiş əsərləri. Tərcümə edənlər: Ə. Vahid, M. Dilbazi, M. Rahim, N. Rəfibəyli, Ə. Ziyatay; Ön söz, şərhlər və lüğətin müəllifi: H. Araslı. Bakı: “Öndər nəşriyyat”, 2004, 424 s. ISBN 9952-416-46-5

Faylın formatı: PDF
Faylın ölçüsü: 7.30 Mb

▶▶▶▶▶Pulsuz yüklə◀◀◀◀◀
Annotasiya: Ümumtürk ədəbiyyatının Xoca Əhməd Yəsəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli kimi qüdrətli söz ustaları sırasında klassik özbək ədəbiyyatının banisi, dahi şair və mütəfəkkir Əlişir Nəvainin adı ehtiramla çəkilir. Dostu şair Əbdürrəhman Caminin məsləhəti ilə Nizami mövzularından ibarət yazdığı “Xəmsə”dən başqa çağatay türkcəsində müəllifin özünün “Xəzayinül–məani” adını verdiyi dörd divan, farsca divan və s. yaradan mütəfəkkir şairin əsərləri öz bədii–estetik keyfiyyətlərinə görə bütün Yaxın və Orta Şərqdə yayılmış, türk xalqlarının şairləri üçün uzun əsrlər boyu sənətkarlıq örnəyinə çevrilmişdir. 
    Bir dövlət xadimi kimi də böyük nüfuza malik olan Nəvai sənəti sevdiyi və yüksək dəyərləndirdiyi üçün bir çox sənətkarlara hamilik etmiş, mədəniyyətin hər tərəfli inkişafına çalışmışdır. 
    Azərbaycan xalqının görkəmli şəxsiyyətləri Nəvaiyə yüksək qiymət vermiş, onu öz doğma sənətkarları hesab etmişlər. 
    Bu kitaba böyük özbək şairinin “Xəmsə”sindən üçüncü poema — məşhur “Fərhad və Şirin” əsəri ilə yanaşı, dördüncü — “Yeddi səyyarə” poemasından parçalar daxil edilmişdir. 

Leave a Comment