Hacımurad İbrahimbəyli
Hacımurad Hacıağa oğlu İbrahimbəyli 29 yanvar 1924–cü ildə Bakı şəhərində anadan olub.[1][2] Mənşəcə azərbaycanlı (?) və ya şapsuq idi. II Dünya müharibəsinin iştirakçısı olmuşdur; Sovet ordusunda hərbi xidmətini başa çatdıranda polkovnik rütbəsinə qədər yüksəlmişdi.[1][2][3]
1961–ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, daha sonralar orada tarixdən dərs deməyə başlamış, 1973–cü ildən Hərb Tarixi İnstitutunda böyük elmi işçi, Böyük Vətən Müharibəsi tarixi şöbəsinin qrup rəhbəri vəzifəsində çalışmışdır.[1][2][3][4] Sovet hərb tarixi və Qafqaz xalqlarının tarixi üzrə görkəmli mütəxəssislərdən biri hesab edilən H.İ. həm də “Sovet Hərb Ensiklopediyası”nın elmi redaktoru idi.[1][2][3] Daha sonralar Ümumrusiya ictimai təşkilatı “Rusiya Təbiət Elmləri Akademiyası”nın (rus. Общероссийская общественная организация «Российская академия естественных наук») milli münasibətlər şöbəsinin akademik–katibi, Rusiya Federasiyası prezidenti yanında Siyasi məsləhət şurası millətlər palatasının üzvü, Azsaylı xalqların assosiasiyasının vitse–prezidenti vəzifələrini daşımışdır.[1][2][3][4][5]
Onlarla monoqrafiya və yüzlərlə məqalənin müəllifi olan H.İ. 75 yaşında, 4 mart 1999–cu ildə vəfat etdi.[2]
Bəzi kitabları: Ибрагимбейли Х. М. Россия и Азербайджан в первой трети XIX века: из военно–политической истории. Ответственный редактор: Н. А. Халфин. Москва: Главная редакция восточной литературы издательства «Наука», 1969, 287 стр.
Ибрагимбейли Х. М. Страницы истории боевого содружества русского и Кавказских народов: 1853–1856 гг. Редактор: Е. А. Токаржевский. Баку: Азернешр, 1970, 231 стр.
Ибрагимбейли Х. М. Кавказ в Крымской войне 1853–1856 гг. и международные отношения. Ответственный редактор: Н. А. Халфин; Институт востоковедения АН СССР; АзГУ имени С. М. Кирова. Москва: Главная редакция восточной литературы издательства «Наука», 1971, 402 стр.
Ибрагимбейли Х. М. Крах «Эдельвейса» и Ближний Восток. Москва: Главная редакция восточной литературы издательства «Наука», 1977, 318 стр.
İstinadlar:
[1] “Ибрагимбейли Хаджи Мурат” // “eurasian-defence.ru” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[2] “Якуб Патиев. Он первым рассказал правду. 28-01-2014” // “magas.su” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[3] “Биография Ибрагимбейли Хаджи-Мурат” // “biographiya.com” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[4] “Ибрагимбейли Хаджи Мурат” // “baza.vgdru.com” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[5] “Память” // “right-partner.ru” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.