İbn əl–Əsir: Azərbaycandakı Dvin şəhəri

İbn əl–Əsir: Azərbaycandakı Dvin şəhəri

İbn əl–Əsir (d. 1160 – ö. 1233) “əl–Kamil fi–t Tarix” əsərində (628/1230–1231) hicri–qəməri 599–cu (1202/1203–cü) ildə baş vermiş hadisələrdən bəhs edərkən belə yazıb:

Bu, 599–cu [1202/1203–cü] ildə gürcülər Azərbaycandakı Dvin şəhərini tutdular, onu talan etdilər, dağıtdılar və əhalisi içində böyük qətliam törətdilər. Onun (Dvin) kimi Azərbaycanın bütün vilayətləri Pəhləvanın oğlu əmir Əbubəkrə məxsus idi, hansı ki, sərxoşluqdan heç vaxt ayılmadan adətən gecə və gündüz əyyaşlıq edirdi.[q.1]

Qeydlər: 1. Sitatı ərəbcə əslindən ruscaya edilmiş tərcüməsindən[1] Azərbaycan türkcəsinə çevirdik; Qədim Dvin/Dovin/Duvin/Dəbil şəhərinin xarabalıqları hazırki İrəvan şəhərinin təqribən 35 kilometr cənubunda yerləşir. 
İstinadlar: [1] Материалы 1940, стр. 127: «В этом, 599 [1202/3], году курджи захватил город Двин в Азербайджане, разграбили его, разгромили и произвели большую резню среди его жителей. Как он (Двин), так и все области Азербайджана принадлежали эмиру абу–Бекру, сыну Пехлевана, который по обыкновению был днем и ночью занят пьянством, никогда не просыпаясь от него.»
Ədəbiyyat:  Материалы по истории Азербайджана из Тарих–ал–камиль (полного свода истории) Ибн–ал–Асира. Перевод с арабского П. К. Жузе. Баку: Издательство АзфАН, 1940, 183 стр.