Title: | İrəvan əyalətinin icmal dəftəri |
Author: | |
Translator: | |
Editor: | Layihənin və ön sözün müəllifi: Yaqub Mikayıl oğlu Mahmudov; Tərtibçi: Tofiq Hümbət oğlu Nəcəfli |
Language: | Azerbaijani Turkic, Ottoman Turkish |
Series: | |
Place: | Bakı |
Publisher: | “Çaşıoğlu” nəşriyyatı |
Year: | 2009 |
Pages: | 688 |
ISBN: | 9789952272352 |
File: | PDF, 46.4 MB |
Download: | Click here |
İrəvan əyalətinin icmal dəftəri. Layihənin və ön sözün müəllifi: Y. M. Mahmudov; Tərtibçi: T. H. Nəcəfli. Bakı: “Çaşıoğlu” nəşriyyatı, 2009, 688 s. ISBN 9789952272352
İrəvan əyalətinin icmal dəftəri üzərində tarixi yoxdur. Dəftərin tərtibindən sonra edilən ilk qeydin tarixinin 8 səfər (100)4-cü il (13 oktyabr 1595-ci il) olduğunu nəzərə alsaq bu dəftərin 1595-ci ildə və yaxud əvvəl tərtib edildiyini ehtimal etmək mümkündür. Həcmi 341 səhifədir (sonuncu 341-ci səhifə boşdur). Dəftərin birinci səhifəsində sultan III Muradın (1574-1595) tuğrası çəkilmişdir. Dəftər siyaqət, rəqəmlər isə “ərqami-divaniyyə” ilə yazılmışdır. İcmal dəftərlərin tərtibində əsas kimi götürülən prinsip pozulmuşdur: zeamətlər haqqında verilən məlumatlar bitmədən timarlara keçilmiş və sonra yenə də zeamətlərdən bəhs olunmağa başlanmışdır. Bu sistemsizlik bütün nahiyələr üzrə müşahidə olunur.