Əli Əbdi bəy Şirazi: … türk Hülakü xanın hökmü ilə …
Xacə Zeynalabidin Əli Əbdi bəy Şirazi (d. 1513 – ö. 1580) miladi 1570–ci ildə Ərdəbildə fars dilində qələmə aldığı, Adəm peyğəmbərin zamanından miladi 1570–ci ilədək olan hadisələrdən bəhs edən ümumi tarix əsəri olan “Təkmilətül–əxbar”da (fars. تكملة الاخبار) yazır:
Səlcuq türklərinin, deyləmilərin və Sind, Hind və başqa ölkələrin hakimi olan Sultan Mahmud Qəznəvininin cəhdinə baxmayaraq, Bəni–Abbas hakimiyyəti süqut etmədi. Nəhayət, Abbasi Müstəsimin vəziri İbn Əlqəmi və Abbasilər dövlətinin başqa əyanlarının səyi nəticəsində türk Hülakü xanın hökmü ilə Bəni–Abbasın hakimiyyəti aradan getdi.
İstinad: Nasrin Mousavi. Tekmiletü’l-Ahbar’ın Türkçe tercümesi ve değerlendirmesi (Yüksek Lisans Tezi). Ankara: Hacettepe Üniversitesi Türkiyat Araştırmaları Enstitüsü, 2018, s. 22