Title: | Qaşqaylar və onların folkloru |
Author: | Əli Şamil |
Translator: | |
Editor: | Arif Rəhimoğlu |
Language: | Azerbaijani Turkic |
Series: | |
Place: | Bakı |
Publisher: | “Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi |
Year: | 2020 |
Pages: | 264 |
ISBN: | |
File: | PDF, 5.9 MB |
Download: | Click here |
Əli Şamil. Qaşqaylar və onların folkloru. Redaktor: A. Rəhimoğlu. Bakı: “Elm və təhsil” NPM, 2020, 264 s.
Annotasiya: Qaşqaylar mübarizliyi və döyüşkənliyi ilə seçilən elat bir xalqdır. Sayları üç milyondan çox olan bu xalq İran İslam Respublikasının güneyində, indiki Fars ostanında və ətrafında yaşayır. Bir milyona yaxın insan isə özünü Qaşqay saysa da, Farslar arasında assimlə olduğundan ana dilində danışa bilmir. Azərbaycandan iki min kilometr uzaqda, İran İslam Respublikasının güneyində yaşayan Qaşqaylar ləhcələrimizi, folklorumuzu, adət ənənəmizi qoruyub saxlamışlar. Kitaba Qaşqay elinə səfərlərlə bağlı yazılar, Qaşqayların Azərbaycanla bağlılığından bəhs edən məqalələr, eləcə də folklor nümunələri daxil edilmişdir.