Azərbaycan Xalq Cümhuriyyəti: Böyük Britaniyanın arxiv sənədləri (2008)

Title:Azərbaycan Xalq Cümhuriyyəti: Böyük Britaniyanın arxiv sənədləri
Author:
Translator:
Editor:Tərtib edəni: Nigar Əliağa qızı Maksvell (Nigar Aliaga gızı Maxwell); Elmi redaktoru və ön sözün müəllifi: Yaqub Mikayıl oğlu Mahmudov
Language:English, Türkcə
Series:
Place:Bakı
Publisher:Çaşıoğlu
Year:2008
Pages:576
ISBN:9789952270747
File:PDF, 20.7 MB
Download:Click here

Azərbaycan Xalq Cümhuriyyəti: Böyük Britaniyanın arxiv sənədləri. Tərtib edəni: N. Ə. Maksvell; Elmi redaktoru və ön sözün müəllifi: Y. M. Mahmudov. Bakı: Çaşıoğlu, 2008, 576 s. ISBN 9789952270747

Annotasiya:

Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin tarixinə dair Böyük Britaniyanın indiyədək işıq üzü görməmiş arxiv sənədləri toplanmışdır. Böyük Britaniyanın arxiv sənədləri Azərbaycan Xalq Cümhuriyyəti tarixinin indiyədək məlum olmayan səhifələrinə işıq salır.

Toplu elmi işçilər, diplomatlar, aspirantlar, magistrlər, tələbələr, habelə Azərbaycan tarixi ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

AMEA-nın Tarix İnstitutunun nəşrə hazırladığı topluda Azərbaycan Xalq Cümhuriyyətinin indiyədək məlum olmayan səhifələrinə və Azərbaycan-Britaniya münasibətlərinə aydınlıq gətirilib. Topluda 251 sənəd çap olunub. Bu sənədlər, əsasən Forin Ofis siyahılarından tərtib edilib. Bəzi məxfi materiallar isə Britaniyanın Hərbi Departamentinin, Nazirlər Kabinetinin, Maliyyə Nazirliyinin sənədləridir. Sənədlər 1917-ci ildən başlayaraq, xronoloji ardıcıllıqla verilib. Bu sənədlər göstərir ki, 1917-ci ildə bir qrup erməni türk-müsəlmanlara qarşı soyqırım həyata keçirən Andranikə maliyyə yardımı etmək üçün Tehrandakı Böyük Britaniya elçisi Çarlz Merlinqə müraciət edib. İngilis hökumətinin rusların vasitəsilə ermənilərə birinci dəfə 1 milyon rubl, növbəti dəfə isə 2 milyon rubl məbləğində yardım göndərməsi də sənədlərdə əks olunub. Ermənilərin törətdikləri vəhşiliklər Böyük Britaniyanın Qafqazdakı Ali Komissarı O. Vordropun 1919-cu ilin oktyabrın 2-də Londona göndərdiyi raportda İran Xarici İşlər Nazirliyinin Böyük Britaniyanın Diplomatik missiyasına 21 oktyabr 1919-cu il tarixli müraciətində də təsdiqlənib.