Mirzə Məhəmməd Mehdi Kövkəbi Astarabadi

Mirzə Məhəmməd Mehdi Kövkəbi Astarabadi (ö. 1759/60) Münşi, miniatürçü rəssam, tarixçi.

Həyatı və fəaliyyəti

Tam adından da aydın olduğu kimi, Mirzə Məhəmməd Mehdi Kavkabi Astarabadi Astarabad şəhərində doğulub. Atasının adının Məhəmməd Naşir olmasından başqa, ailəsi barədə məlumat yoxdur; eyni zamanda dəqiq doğum tarixini də bilmirik; ehtimal ki, XVII əsrin sonunda dünyaya gəlib. O, ölkənin şimal rayonlarının birində doğulub böyüdüyündən türk (cığatay, yaxud şərqi-türk) dilini mükəmməl bilirdi. Özünün türk qrammatikası və lüğəti («Məbən-əl-Lüğət» (Sözlərin əsası), yaxud «Sanqlax» (Daşlıq sahə) adlanan kitab;nda) haqqında kitabının girişində qeyd edir ki, erkən yaşlarından Mir Əlişir Nəvainin türk poemalarından zövq alır, qəlbində «onların mənasını anlamağa təsviredilməz arzu vardı; bu arzu müəyyən mənada gerçəkləşəndə bütün çətin sözləri toplayıb onlardan lüğət tərtib etməyi qərara aldı». Əgər Nəvainin poemalarından zövq alırdısa, deməli, Mirza Mehdinin, şübhəsiz, yaxşı zövqü vardı, çünki Nəvai öz dövründə (hicri 844-906-cı miladi-1440/41-1500/01- ci illər) türk və fars dillərində (xüsusilə türk dilində) yazan ən məşhur şair idi.  Mirzə Mehdi Nadirlə ilk dəfə nə vaxt rastlaşdığını, yaxud nə vaxt onun xidmətina girdiyini qeyd etmir. O, Astarabadda anadan olduğundan, ehtimal ki, əvvəlcə Astarabad Aşağıbaş qacarlarının başçısı olan Fətəli xanın yanında xidmət edib, ola bilsin, onu Sariyə müşayiət edib, Qacar başçısı 1726-ci ilin yazında orada Təhmasiblə görüşüb; belə olan halda Mirzə Mehdi ilk dəfə Nadirla sonrakı payız Xabuşanda rastlaşa bilərdi, amma bütün bunlar yalnız ehtimaldır. Görünür, Mirza Mehdi 1726-cı ildə, ya da bir qədər sonra dövlət işlərindən başı çıxan bir şəxs kimi Təhmasibin sarayında müəyyən vəzifə tuturdu. Ehtimal ki, o, xidmətinin başlanğıcında şahın rəqəmlərını yazan (şahın mirzəsi) vəzifəsini tuturdu, yaxud şah katibliyinin xəttatı idi, sonralar münşi əl-məmalik, yaxud dövlət katibi (hərfi mənada dövlətin katibi) tituluyla katibliyə başçılıq etdi. 1731-ci ilin yanvarında Nadirin böyük oğlu Rzaqulu ilə Şah Sultan Hüseynin qızlarından biri Fatimə Sultan bəyimin nigah müqaviləsinə ön sözü məhz o tərtib edib. Ancaq Nadir tac qoyandan sonra (8 mart 1736-cı il) Mirzə Mehdi baş tarixçi təyin edildi. Katolikos Abram onu «ağıllı, çəkingən, mehriban, diqqətcil və mərhəmətli kişi» kimi təsvir edir. O, yeni vəzifəsi üçün çox münasib adam idi, çünki əvvəlki vəzifəsində sarayda baş verən bütün vacib hadisələri bilirdi, Nadirin uşaqlıq çağları barədə bizi təfərrüatları öyrənmək imkanına malik olan az qala yeganə şəxs idi. İrandakı Şərqi-Hind şirkətinin öz imtiyazlarını bərpa etmək cəhdləriylə əlaqədar onunla dəfələrlə görüşmüş nümayəndələri Mirzə Mehdini faydalı və namuslu adam hesab edirdilər. Mirzə Mehdi təkcə tarix yazmaqla qalırdı, o eyni zamanda sarayda mirzəlik edir, digər işləri də yerinə yetirirdi. Çoxsaylı xidməti vəzifələrinə baxmayaraq özünün qeyd etdiyi kimi işləməyə vaxt və güc tapırdı. Görünür, Mirzə Mehdi Nadirin öldürülməsindən snra baş verən iğtişaşlar zamanı mərkəzdə olsaydı, qətlə yetirilərdi. Amma xoşbəxtlikdən artıq qeyd edildiyi kimi hələ bir il əvvəl diplomatik missiya ilə İstanbula göndərilmişdi və iğtişaşlar aradan qalxmadan Əfşar dövlətinə qayıtmadı. Mirzə Mehdinin doğum tarixi kimi ölüm tarixi də məlum deyil, onun hicri 1172-ci il, yaxud 1173-cü (miladi 1758/59, yaxud 1759/1760-cı) illərdə yaşadığı bildirən faktlar var. Onu eynilə Mirzə Mehdi adlanan digər iki müasiri (bu vəya digər dərəcədə) olan müəlliflərdən ayırmaq lazımdır. Onlardan biri Həzrəti məhəmmədin peyğəmbərlik əlamətlərinin sehrli cizgiləri, Quranın bəzi aylərinin, hərflərinin sehrli gücü, təsiri barədə elmi əsəi olan “Diyya əl-Uyun”un və Teymurilərin Hindistan yürüşünün qısa tarixi olan, hicri 1142-c ildə (miladi 1729-1730-cu illər) illərdə tərtib edilmiş “Məcmua-i Mehdi Xani”nin müəllifi Əbül-Müfakir Nizamuddin Məhəmməd Hacı Əl-Hüseyn əs-Səfəvidir. Həmin Mehdi xanın atası Mir Mehdi xan idi. Həmin əsərin hicri 114-cü ildə (miladi 1702-1703-cü illər) Heydərabadda köçürülmüş Bodlian surətində də bu qeyd edilib. Şübhə yoxdur ki, həmin Mirzə Mehdi çox yaşlı idi. Digər Mehdi xan (onun birinci adı Məhəmməd idi) Təbrizə anadan olmuşdu, bir qədər təəccüblüdür ki, o da astarabadlı adaşı kimi. Fars dilindən türkcənin lüğətlə birgə qrammatikasını tərtib edib. Amma onun əsəri Azərbaycanda və İranın digər yerlərinə istifadə olunan türk danışıq dilini əhatə edir; onun həin əsəri hicri təqvimi ilə 1198-ci ildən (miladi 1783-cü il) sonra yazdığı da məlumdu. Buna görə də o, “Sanqlax”ın və “Tarixi-Nadiri”nin müəlliflərindən xeyli cavandır.