Şəkidə məhəllə adları, soylar və ləqəblər. II kitab (2009)

Şəkidə məhəllə adları, soylar və ləqəblər. II kitab (2009)
Title:Şəkidə məhəllə adları, soylar və ləqəblər. II kitab
Author:Zəkəriyyə Mabud oğlu Əlizadə, Ulduz Bəşir qızı Mürşüdova, Kamil Fikrət oğlu Adışirinov
Translator:
Editor:Ədalət Şərif oğlu Tahirzadə, Məhərrəm Paşa oğlu Qasımlı
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Nafta-Press” nəşriyyatı
Year:2009
Pages:603
ISBN:
File:PDF, 238 MB
Download:Click here

Şəkidə məhəllə adları, soylar və ləqəblər. II kitab. Hazırlayanlar: Z. M. Əlizadə, U. B. Mürşüdova, K. F. Adışirinov; Redaktorlar: Ə. Ş. Tahirzadə, M. P. Qasımlı. Bakı: “Nafta-Press” nəşriyyatı, 2009, 603 s.

Annotasiya

Oxuculara təqdim olunan «Şəkidə məhəllə adları, soylar və ləqəblər» qədim Şəkinin məhəllə adları, soyları və ləqəbləri mövzusunda son yüzildə aparılan geniş araşdırmalar istiqamətində ilk addım olaraq Şəki Elmi Mərkəzinin öncəki tədqiqatlarının davamı, Mərkəzin 2004-cü ildə nəşr etdirdiyi eyniadlı əsərin ikinci kitabıdır. Əsər ümumən Azərbaycan xalqının tarixini, ana yurdumuzun tarixi coğrafiyasını öyrənmək istəyənlər üçün qiymətli qaynaqdır. Ali məktəblərin tarix, filologiya və coğrafiya fakültələrinin tələbələri, eləcə də aspirantlar və elmi işçilər ondan yararlana bilər. Əsərdəki zəngin bilgilər məhəllələrin sərhədlərinin dəqiqləşdirilməsi kimi təcrübi işdə yerli məhəllə komitələri və bələdiyyə işçilərinə də yardımçı ola bilər. Bu və ya başqa səbəbdən öz doğma yurdundan, el-obasından ayrı düşərək qəriblikdə yaşamağa məcbur olmuş soydaşlarımız da öz qohum-qardaşları haqqında buradan məlumat əldə edə bilər. Bütövlükdə götürdükdə isə əsər Azərbaycan xalqının mənəvi sərvətinin mühüm bir bölümü olan Şəki tayfaları və tarixi şəxsiyyətlərinin, ulu əcdadlarımızın müqəddəs saydığı yerlərin və onların adlarının… qorunub saxlanması və onlar haqqında gerçək bilgilərin gələcək nəsillərə çatdırılması baxımından dəyərlidir.

Kitab bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.

Kitabın cildinin üz səhifəsindəki fotoda Şəki şəhərinin ümumi mənzərəsi, cildin arxasındakı fotoda isə Kiş çayından və Kiş kəndindən bir görüntü təsvir olunub. Fotolar Vüqar Nəsrullayevindir.