“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz). I hissə (2022)

Title:“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz). I hissə (Azərbaycan dilinə transliterasiya və tərcüməsi)
Author:
Translator:Səməd Zülfəli oğlu Bayramzadə, Saleh Dostəliyev
Editor:Məsul redaktor və nəşrə hazırlayan: Səməd Zülfəli oğlu Bayramzadə; İdeya və ön sözün müəllifi: Gövhər Baxşəli qızı Baxşəliyeva; Redaktor: Əlizadə Bayram oğlu Əsgərli
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Elm” nəşriyyatı
Year:2022
Pages:928
ISBN:9789952556476
File:PDF, 16.6 MB
Download:Click here

“Azərbaycan” qəzeti. Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsinin orqanı (1945-1946-cı illər, Təbriz). I hissə (Azərbaycan dilinə transliterasiya və tərcüməsi). Tərcüməçilər: S. Z. Bayramzadə, S. Dostəliyev; Məsul redaktor və nəşrə hazırlayan: S. Z. Bayramzadə; İdeya və ön sözün müəllifi: G. B. Baxşəliyeva; Redaktor: Ə. B. Əsgərli. Bakı: “Elm” nəşriyyatı, 2022, 928 s. ISBN 9789952556476

Annotasiya: Birinci sayı 1945-ci il sentyabr ayının 5-də çapdan çıxmış “Azərbaycan” qəzetində (Azərbaycan Demokrat Firqəsinin orqanı) 1945-1946-cı illərdə Cənubi Azərbaycanda baş vermiş 21 Azər inqilabı və onun nəticəsində təşkil edilmiş Milli Məclis və Milli hökumətin ictima, iqtisadi və mədəni sahələrdə fəaliyyəti, həyata keçirdiyi islahatlar, Azərbaycan Demokrat Firqəsinin azərbaycanlıların İran daxilində müxtariyyət əldə etmək və milli-demokratik hüquqlar uğrunda mübarizəsi, onun qələbəsi barədə məlumatlar və siyasi fəaliyyətini əks etdirən gündəlik xəbərlər öz əksini tapmışdır.

“Azərbaycan” qəzeti o dövrün beynalxalq mühitində İranda Azərbaycan məsələsinin həllinə münasibət-də qonşularımızın, dünyanın aparıcı dövlətlərinin və beynəlxalq təşkilatların münasibətini sərgiləmiş, sinfi fərqləri nəzərə almadan zülm və əsarətə məruz qalmış bütün xalqı ADF ətrafında sıx birləşməyə, istibdad hakimiyyətinə qarşı mübarizə aparmağa və fəaliyyət göstərməyə çağırmışdır. “Azərbaycan” qəzeti səhifələrində tariximizin, şifahi xalq və milli ədəbiyyatımızın ən gözəl nümunələri çap olunmaqla adıgedən sahələrin demokratik prinsiplər əsasında inkişafına böyük təkan vermişdir. “Azərbaycan” qəzeti İrandakı azərbaycanlılara milli mənlik, milli kimlik hisslərini aşıladı, onların milli şüurunun formalaşmasında böyük rol oynadı, İran kimi çoxmillətli bir ölkədə milli-mədəni, hətta siyasi muxtariyyət əldə etmək, federativ dövlət quruluşuna nail olmaq imkanlarını təbliğ etməklə, bu təcrübəni bütün dünyaya yaydı, Azərbaycan Milli Hökumətinin həyata keçirdiyi islahat tədbirlərini təbliğ etməklə, xalqda milli dövlətçiliyə güclü inam yaratdı, onun mümkünlüyünü, qurulması yollarını, formasını sərgilədi və azərbaycançılığı İran miqyasında yaşayan digər millət və xalqlar üçün nümunə kimi ortaya qoydu.

“Azərbaycan” qəzeti Azərbaycan xalqının milli mədəniyyətini, onun keçmiş və hazırkı inqilabi mübarizə tarixini öz səhifələrində işıqlandıran, onu demokratik və azadlıqsevər mədəni bir millət kimi dünyaya ta-nıtdıran xitabət kürsüsü olmuşdur. Məhz buna görə də Azərbaycan xalqı imperializmə, daxili irtica qüvvələ-rinə və satqın mətbuatçılara qarşı barışmaz mübarizə aparan “Azərbaycan” qəzetini özünün doğma mətbuatı, danışan dili, haqq və ədalət carçısı hesab etmiş və edir.