Məmmədli P. H. Güney Azərbaycan ədəbiyyatı antologiyası: çağdaş dövr (2015)

Title:Güney Azərbaycan ədəbiyyatı antologiyası: çağdaş dövr
Author:Tərtib edən və ön sözün müəllifi: Pərvanə Hacı qızı Məmmədli
Translator:
Editor:Avropa Azərbaycan Cəmiyyətinin Azərbaycanşünaslıq Araşdırmalar Mərkəzi və AMEA Ədəbiyyat İnstitutunun layihəsi
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:TEAS Press
Year:2015
Pages:364
ISBN:9789952494655
File:PDF, MB
Download:Click here

Güney Azərbaycan ədəbiyyatı antologiyası: çağdaş dövr. Tərtib edən və ön sözün müəllifi: P. H. Məmmədli. Bakı: TEAS Press, 2015, 364 s. ISBN 9789952494655

Annotasiya

Güney Azərbaycan ədəbiyyatı Ümumazərbaycan ədəbiyyatının tərkib hissəsi olmaqla, eyni zamanda özünəməxsus xüsusiyyətlərə də malikdir. Ona görə də Azərbaycan ədəbiyyatşünaslığında Güney Azərbaycan ədəbiyyatının müxtəlif dövrlərinə dair çoxcildlik antologiyalar nəşr edilmişdir. Təqdim olunan antologiyanın yeniliyi ondan ibarətdir ki, o, son otuz ildə Güney Azərbaycanda yazıb-yaradan ədəbi nəslin yaradıcılığını əks etdirir. Burada yüzə yaxın şair və yazıçı haqqında avtobioqrafik məlumat və əsərlərindən örnəklər verilmişdir. Bu yaradıcılıq nümunələri İranla bərabər, dünyanın müxtəlif ölkələrində yaşayan Güney Azərbaycanın çağdaş şair və yazıçılarının yaradıcılığının ümumi mənzərəsini aydın şəkildə əks etdirir.

Antologiyada həm xalq şeiri üslubunda və divan ədəbiyyatı tərzində yazılmış, eyni zamanda Avropada ötən əsrin 60-cı illərində formalaşan fləş fikşn (Flash Fiction) üslubunda yaranan və minimalizmə, kiçik həcmə əsaslanan nəsr əsərləri, özündə postmodernizmin bəzi imkan və açılım-çevrilmələrini əks etdirən şeirlər vardır.

Güneydə ədəbi eksperimentləri ilə tanınan, poeziya sahəsində xüsusi ədəbi tərz, üslub yaratmağa nail olan Hüseyn Süleymanoğlunun Bilimsəl , Nadir Əzhərinin Donuq şeir planı və Ziba Kərbasinin Nəfəs şeirləri yeni, avanqard yanaşmalara nümunədir.

Antologiyada toplanan əsərlər ədəbi aləmdə müasir Güney Azərbaycan ədəbiyyatının əsas meyilləri, məzmunu və dili haqqında da ətraflı təsəvvür yaradacaqdır.