Title: | Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri |
Author: | Məhəmməd Əmin Rəsulzadə |
Translator: | |
Editor: | Tərtib edən və nəşrə hazırlayan: Seymur Həsənli |
Language: | Türkcə |
Series: | Türkün səsi kitabxanası №1 |
Place: | Bakı |
Publisher: | “Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi |
Year: | 2011 |
Pages: | 104 |
ISBN: | |
File: | PDF, 11.3 MB |
Download: | Click here |
Məhəmməd Əmin Rəsulzadə. Bir türk milliyyətçisinin Stalinlə ixtilal xatirələri. Tərtib edən və nəşrə hazırlayan: S. Həsənli; Seriya: Türkün səsi kitabxanası №1. Bakı: “Elm və təhsil” NPM, 2011, 104 s.
Annotasiya:
Kitab Məhəmməd Əmin Rəsulzadənin Stalin və stalinizm haqqında 1954-cü ildə Türkiyədə çap etdirdiyi seriya məqalələrdən ibarətdir. Burada böyük vətəndaş XX əsrin əvvəllərində çarizmlə mübarizə gedişində Stalinlə bağlı hadisələri xatırlayır, bilavasitə iştirakçısı olduğu hadisələr fonunda Stalinin siyasi portretini yaradır, bu proseslərin xarakterini açır. Müstəqil Azərbaycan Respublikasının işğalından sonra başına gələn sərgüzəştlər, Stalinlə məşhur görüşü incələnir. Azərbaycan tarixi və ictimai fikri üçün son dərəcə maraqlı olan bir sıra mətləblər açılır.
Vətən tarixinin çox əhəmiyyətli bu dövrü və M.Ə.Rəsulzadənin şəxsiyyəti, eləcə də stalinizmin anatomiyası ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.
Kitab Nəsib Nəsibli tərəfindən Ziya Bünyadovun redaktorluğu ilə Bakıda ilk dəfə 1991-ci ildə Elm nəşriyyatında çap edilib.