Məmmədov K. H. Antropologiyanın əsasları: dərslik (2013)

Title:Antropologiyanın əsasları (Ali məktəb tələbələri üçün dərslik)
Author:Kərəm Hətəm oğlu Məmmədov
Translator:
Editor:Elmi redaktorlar: Y. M. Mahmudlu, M. N. Mirzəyev; Redaktor: A. C. Bayramov
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Qanun” nəşriyyatı
Year:2013
Pages:192
ISBN:
File:PDF, 25.6 MB
Download:Click here

Məmmədov K. H. Antropologiyanın əsasları (Ali məktəb tələbələri üçün dərslik). Elmi redaktorlar: Y. M. Mahmudlu, M. N. Mirzəyev; Redaktor: A. C. Bayramov. Bakı: “Qanun” nəşriyyatı, 2013, 192 s.

Annotasiya: BDU-nun dosenti tarix elmləri namizədi Kərəm Məmmədovun bu kitabı Azərbaycanda antropologiyaya həsr edilmiş ilk dərslikdir. Kitab tələbələr, araşdırıcılar, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Müəllif:

Məmmədov Kərəm Hətəm oğlu: 1965-ci il fevralın 22-də Gürcüstan Respublikasının Dmanisi (Başkeçid) rayonunun Azərbaycan Gəyliyəni kəndində anadan olmuşdur. 1990-cı ildə Leninqrad (Sankt-Peterburq) Dövlət Universitetinin tarix fakültəsini antropologiya və etnoqrafiya ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.

1996-cı ildə “İslamaqədərki Azərbaycanda dini inanclar” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Hazırda Bakı Dövlət Universitetinin arxeologiya və etnoqrafiya kafedrasında çalışır. Qafqaz və Türk xalqlarının mənşəyi, antropologiyası, dini inancları ilə bağlı 50-dən çox elmi məqalənin, ali və orta məktəblər üçün 10-a qədər dərs vəsaitinin müəllifidir.