Əliyeva N. A. “Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz (2020)

Title:“Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz
Author:Nərgiz Ağasəlim qızı Əliyeva
Translator:
Editor:Elmi redaktor və ön sözün müəllifi: N. Vəlixanlı; AMEA Milli Azərbaycan Tarixi Muzeyi
Language:Azerbaijani Turkic
Series:
Place:Bakı
Publisher:“Elm və təhsil” Nəşriyyat-Poliqrafiya Müəssisəsi
Year:2020
Pages:424
ISBN:
File:PDF, 1.54 MB
Download:Click here

Əliyeva N. A. “Mucəm əl-buldən” əsərində Azərbaycan və Qafqaz. Elmi redaktor və ön sözün müəllifi: N. Vəlixanlı. Bakı: “Elm və təhsil” NPM, 2020, 424 s.

Annotasiya:

Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsəri XIII əsrin əvvəllərində Qafqaz, eləcə də Azərbaycanda baş vermiş hadisələrin gərginliyini əks etdirməklə yanaşı, monqollaraqədərki bəzi məsələlər, bölgənin tarixi coğrafiyası və dövrün müsəlman aləminin görkəmli elm və mədəniyyət xadimlərinin fəaliyyəti ilə oxucuları tanış edir.

Mürəkkəb siyasi şəraitdə meydana gəlmiş “Mucəm əl-buldən” əsərində Azərbaycanın və bütövlükdə Qafqazın siyasi-iqtisadi-mədəni həyatı haqqında qiymətli elmi materiallar yer alır. Əsər sözügedən ərazidə orta əsr şəhərlərinin ziyalı mühiti və Xilafət tərkibində olan ölkələrlə elmi-mədəni əlaqələrin öyrənilməsi, eyni zamanda bölgənin monqol hücumlarından əvvəlki və sonrakı vəziyyəti ilə bağlı müqayisəli təhlil aparılması baxımından da mühüm elmi əhəmiyyət kəsb edir.

Kitabda şərh və qeydlərlə təqdim olunan elmi materiallar arxeoloqlara yeni tədqiqat obyektlərinin müəyyən olunması, yaşayış məskənlərinin lokallaşdırılmasına, epiqrafçılara bir çox məqbərə və tədris müəssisələrinin yaşını, görkəmli şəxslər haqqında məlumatları dəqiqləşdirməyə imkan yaradır.

Kitab Azərbaycan və Qafqazın orta əsrlər siyasi tarixi, coğrafiyası, iqtisadiyyatı və mədəni həyatının öyrənilməsi üçün dərs vəsaiti kimi də istifadə edilə bilər.

MÜNDƏRİCAT

Ön söz … 3
Giriş … 5
Yaqut əl-Həməvinin həyatı … 11
Yaqut əl-Həməvinin səyahətləri … 15
“Mucəm əl-buldən” əsərinin öyrənilmə tarixi … 23
Əsərin yazılma səbəbləri haqqında … 36
Əsərin strukturu … 37
Müəllifin iş üslubu … 39
Əsərdə istifadə olunan mənbələr … 47
Bölgənin tarixi coğrafiyası … 60
Azərbaycan və Qafqaz şəhərlərinin mədəni həyatı … 72
Təsərrüfat həyatı … 90
Bioqrafik mənbələrlə müqayisəli təhlil … 104
Nəticə … 115
“Mucəm əl-buldən” əsərinin Azərbaycan və Qafqaza aid hissələrinin tərcüməsi … 120
Yaqut əl-Həməvinin “Mucəm əl-buldən” əsərinin Azərbaycan və Qafqaza aid hissələri (ərəb dilində mətn) … 277
İstifadə olunmuş mənbə və ədəbiyyat … 369
Adlar göstəricisi … 383