Ələsgərova T. Ə., Sadıqova C. Ə. Hüsaməddin Xoyi “Töhfeyi Hüsam” (1996)

Title:Hüsaməddin Xoyi “Töhfeyi Hüsam”: XIII əsr farsca-türkcə mənzum lüğətin elmi-tənqidi mətni, transkripsiyası, türkcə sözlüyün əlifba sırası ilə düzümü, dil xüsusiyyətləri…
Author:Təyyibə Əliheydər qızı Ələsgərova, Cəmilə Əli qızı
Sadıqova
Translator:
Editor:Elmi redaktoru: Ziya Musa oğlu Bünyadov; Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutu
Language:Azerbaijani Turkic, Persian
Series:
Place:Bakı
Publisher:“Elm” nəşriyyatı
Year:1996
Pages:240
ISBN:
File:PDF, 14.3 MB
Download:Click here

Ələsgərova T. Ə., Sadıqova C. Ə. Hüsaməddin Xoyi “Töhfeyi Hüsam”: XIII əsr farsca-türkcə mənzum lüğətin elmi-tənqidi mətni, transkripsiyası, türkcə sözlüyün əlifba sırası ilə düzümü, dil xüsusiyyətləri… Elmi redaktoru: Z. M. Bünyadov; AEA Şİ. Bakı: “Elm” nəşriyyatı, 1996, 240 s.

Annotasiya:

Dilimizin inkişafında xüsusi mərhalə təşkil edən XIII əsr Azərbaycan dilçiliyi tarixinə leksikoqrafik əsərlərin yaranması dövrü kimi daxildir. Bu dövrdə yaranan, lakin əsrlərlə itirilmiş hesab edilən və uzun axtarışlardan sonra əlyazma nüsxələri çətinliklə də olsa əldə edilən “Töhfeyi Hüsam” dilimizin, mədəniyyətimizin tarixi, ümumiyyətlə türkologiya tarixi ücün yeni bir töhfədir. “Töhfeyi Hüsam” Azərbaycan leksikoqrafiyası tarixində yazılmış ilk mənzum lüğət, onun müəllifi Hüsam Xoyi isə bu sahədə qələmini sınamış ilk azərbaycanlı alimdir. “Əs-Sihah əl-əcəmiyyə” XIII əsrdə dilimizin ilk nəsr nümunəsidirsə, “Töhfeyi Hüsam” şeir dilimiz haqqında geniş təsəvvür yaradan ilk nəzm əsəridir.

Azərbaycan filologiya elminin-fonetika, qrammatika, leksikoqrafiya, etimologiya, dialektologiya, mətinşünaslıq, üslubiyyat, əruzun tarixinin, nəhayət, şeirimizin tarixinin öyrənilməsində bu lüğətin əvəzsiz rolunu nəzərə alaraq, onun Qahirənin Dar ül-kütub və Qərbi Berlin kitabxanalarından gətirilmiş iki əlyazma nüsxəsi əsasında hazırladığımız elmi-tənqidi mətnini, transkripsiyasını verməyi məqsadəuyğun hesab etdik. Dilimizin başqa türk dilləri ilə sıx qohumluq əlaqələrini əsaslandırmaq məqsədilə lüğətin sözlüyünü XI-XVI əsrlərdə tərtib edilmiş digər ikidilli lüğətlərlə müqayisədə verməyi məsləhət bildik.

Hüsam Xoyinin həyatı, dövrü, yaradıcılığı, xüsusilə, leksikoqrafik fəaliyyəti haqqında ilk dəfədir ki, məlumat verilir.

Mündəricat:

Ön söz … 3

I fəsil:

1. XIII əsr Azərbaycanda leksikoqrafiyanın inkişafı … 8
2. Mənzum lüğətlər (“Töhfeyi Hüsam” örnəyi) … 12
3. XIII əsr Azərbaycanda tərtib edilmiş farsca-türkcə lüğətlərin tekstoloji tədqiqi prinsipləri (“Töhfeyi Hüsam”ın materialları əsasında) … 40

II fəsil:
Azərbaycan alim və şairi Hüsaməddin Həsən ibn Əbdülmomin Xoyi və onun “Töhfeyi Hüsam” lüğəti

1. Həyatı, yaradıcılığı … 52
2. “Töhfeyi Hüsam”ın dil xüsusiyyətlərinə dair … 62
3. “Töhfeyi Hüsam”da alliterasiya (fonetik-poetik təhlil) … 70
4. “Töhfeyi Hüsam”ın yazma nüsxələrinin müqayisəsi … 74

III fəsil:
“Töhfeyi Hüsam”ın elmi-tənqidi mətninin Kiril əlifbası ilə transkripsiyası və türkcə sözlük

1. “Töhfeyi Hüsam”ın elmi-tənqidi mətninin transkripsiyası … 81
2. Lüğətin türkcə sözlüyünün əlifba sırası ilə düzümü və onun orta əsrlərdə yazılmış abidələr, ikidilli, izahlı lüğətlərlə müqayisəsi … 103
3. Şərhlər … 163

IV fəsil:

“Töhfeyi Hüsam” (elmi-tənqidi mətn) … 170

İxtisarlar … 231
İstifadə olunmuş ədəbiyyat … 232

Keywords: Тухфа-и Хусам, Тухфе-йе Хусам, Тухфе-и Хусам, Хусамеддин Хой-и, Хусамеддин Хойи, Хусамеддин ал-Хойи, Husam al-Din al-Khoy, Husam ad-Din al-Khoy, Hossam ad-Din al-Khoy, Hassam-ud-Din al-Khoy, Husam al-Din al-Khoi, Husam ad-Din al-Khoi, Hossam ad-Din al-Khoi, Hassam-ud-Din al-Khoi, Tohfe-ye Husam, Tohfe-yi Husam, Tohfeh al-Husam, Tuḥfe-i Ḥüsāmī, Tuhfe-i Hüsâmî, Hüsâm b. Hasan (Hüseyin) el-Konevî, Hüsaməddin Xoyi, Töhfeyi Hüsam.