Hacımurad İbrahimbəyli

Hacımurad Hacıağa oğlu İbrahimbəyli (rus. Хаджи Мурат Хаджи Ага оглы Ибрагимбейли; d. 1924 – ö. 1999) — Sovet və Rusiya alimi, tarix elmləri doktoru, professor, SSRİ EA-nın müxbir üzvü, RTEA-nın akademiki (1995).

Hacımurad Hacıağa oğlu İbrahimbəyli 29 yanvar 1924-cü ildə Bakı şəhərində anadan olub.[1][2] Mənşəcə azərbaycanlı (?) və ya şapsuq idi. II Dünya müharibəsinin iştirakçısı olmuşdur; Sovet ordusunda hərbi xidmətini başa çatdıranda polkovnik rütbəsinə qədər yüksəlmişdi.[1][2][3]

1961-ci ildə Azərbaycan Dövlət Universitetini bitirmiş, daha sonralar orada tarixdən dərs deməyə başlamış, 1973-cü ildən Hərb Tarixi İnstitutunda böyük elmi işçi, Böyük Vətən Müharibəsi tarixi şöbəsinin qrup rəhbəri vəzifəsində çalışmışdır.[1][2][3][4] Sovet hərb tarixi və Qafqaz xalqlarının tarixi üzrə mütəxəssislərdən biri hesab edilən H.İ. həm də “Sovet Hərb Ensiklopediyası”nın elmi redaktoru idi.[1][2][3] Daha sonralar Ümumrusiya ictimai təşkilatı “Rusiya Təbiət Elmləri Akademiyası”nın (rus. Общероссийская общественная организация «Российская академия естественных наук») milli münasibətlər şöbəsinin akademik-katibi, Rusiya Federasiyası prezidenti yanında Siyasi məsləhət şurası millətlər palatasının üzvü, Azsaylı xalqların assosiasiyasının vitse-prezidenti vəzifələrini daşımışdır.[1][2][3][4][5]

Onlarla monoqrafiya və yüzlərlə məqalənin müəllifi olan H.İ. 75 yaşında, 4 mart 1999-cu ildə vəfat etdi.[2]

Bəzi kitabları:

Rusiya və Azərbaycan 19-cu əsrin birinci qərinəsində: hərbi-siyasi tarixdən. Moskva, 1969.
Rus xalqı ilə Qafqaz xalqlarının döyüş birliyi tarixinin səhifələri: 1853-1856-cı illər. Bakı, 1970.
1853-1856-cı illərin Kırım müharibəsində Qafqaz və beynəlxalq münasibətlər. Moskva, 1971.
“Edelveys”in süqutu və Yaxın Şərq. Moskva, 1977.
Qafqaz uğrunda döyüş. Moskva, 1983.

İstinadlar:

[1] “Ибрагимбейли Хаджи Мурат” // “eurasian-defence.ru” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[2] “Якуб Патиев. Он первым рассказал правду.” // “magas.su” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[3] “Биография Ибрагимбейли Хаджи-Мурат” // “biographiya.com” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[4] “Ибрагимбейли Хаджи Мурат” // “baza.vgdru.com” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.
[5] “Память” // “right-partner.ru” saytından 27-08-2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27-08-2018.